Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmyerlimiz Ukrayna Baş prokurorunun müavini təyin edildi



Newscenter.az.19.10.2019. Həmyerlimiz Ukraynada yüksək vəzifəyə təyinat alıb.

Newscenter.az xəbər verir ki, Ukraynanın Baş Prokuroru Ruslan Ryaboşapkanın oktyabrın 18-də imzaladığl müvafiq əmrə əsasən Gündüz Məmmədov Baş prokurorun müavini təyin edilib. Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Gündüz Məmmədov 2016-cı ilin avqustundan bu təyinatadək Krım Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb.

Gündüz Məmmədov 1966-cı ildə İ.İ. Meçnikova adına Odessa Dövlət Universitetini bitirib. 2013-cü ildə isə Odessa Milli İqtisadiyyat Universitetinin məzunu olub. Hüquq elmləri namizədidir. 1996-cı ildə Odessa şəhərindəki rayon prokurorluğunda Prokuror köməkçisi vəzifəsi kimi işə başlayan Gündüz Məmmədov birinci müavin vəzifəsinədək yüksəlib. 2012-ci ildən 2013-cü ilədək Kiev vilayət prokurorluğunun aparatında çalışıb. Daha sonra həmyerlimiz Dneper Ekologiya Prokurorluğunun istintaq şöbəsinin rəisi olub. 2014-cü ilin iyulunda isə Odessa prokuroru, 2015-ci ilin dekabrında isə Odessa vilayət prokurorunun müavini təyin edilib.

Xosrov
Xəbəri paylaş