Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq öz iradəsi ilə seçdiyi lideri Prezident İlham Əliyevə inanır, arxalanır



Newscenter.az.20.10.2019. Öz içində düşmən niyyətləri dərk edən insan riyakarlığı ilə heç kəsi aldada bilməz. Daxilində düşmənçilik, nifrət və böhtan kimi mənfi emosiyalarla yüklənmiş 1 qrup müxalifətçi birmənalı olaraq öz riyakarlığı ilə Azərbaycan xalqını aldada, ictimai rəyi çaşdıra bilməz. Siyasi xaosun yaşandığı müstəqilliyin ilk illərində hamı nələrin yaşandığını, ictimai-siyasi, sosial həyatın mürəkkəbliyini, sadə məişət preoblemlərinin həllinin belə əlçatmaz olduğunu yaxşı xatırlayır. Yəqin ki, psixoloji immuniteti olan hər bir kəs eyni sarsıntıları bir daha yaşamaq istəməz. Bu məsələnin ən sadə reallığını ehtiva edən bir hissəsidir.

Təssüf ki, özünü xaqlın təmsilçisi, sözçüsü adlandıran bir qrup şəxs bunu anlamaq istəmir, nəinki istəmir, həm də onlar kimi düşünməyən, hərəkət etməyən hər kəsdən nifrət edir. Öz silahdaşlarını belə ittiham etməkdən çəkinmir, böhtan, qarayaxma kompaniyası başladır. Zaman-zaman bu nifrət özlərinin də nəzarət edə bilmədiyi kiçik qarşıdurmalara çevrilir. Təbiət qanunlarından irəli gələn təbii instinktlərinı cilovlaya bilməyən, hakimiyyətin gücün təntənəsindən formalaşdığı düşüncəsinə sahib müxalifətin yaratdığı qarşıdurmaya bir müşahidəçi qismində nəzər salaq. Çox sadə həqiqətlər isə bundan ibarətdir:

Xalqın adından danışmağı özünə rəva bilən bir qrup insan dünən xalqın dəstəyini görmədi. 100-150 adam, hətta 10000-15000 adam da xalqın iradəsini ifadə edə bilməz. Ola bilər, tələbələr, gənclər,aztəminatlı insanlar arasında təbliğat aparmaqla onlar aksiyada iştiraka sövq edilir, lakin yaradılan qarşıdurmada xalqın düşüncə ifadəsini nümayiş etdirmək arzusu, heç bir elektorat tərəfindən qəbul edilməyəcək dərəcədə absurd ideya idi.

Görünən və yaşanan isə budur. Xalq öz iradəsi ilə seçdiyi lideri Prezident İlham Əliyevə inanır, arxalanır. Cəmiyyət riyakarlıqdan uzaqdır. Bu danılmazdır, çünki Prezidentin xalqla görüşlərində yaşanan səmimiyyət, etiraf olunan rəğbət və sevgi bəlağətsiz bir şəkildə sadə insanların simasında əks olunur . Bunu görməmək isə, yəqin özünü aldatmaqdır.

Ümumiyyətlə, müxalifətin təşkil etdiyi aksiyalar xarakterinə görə xalqın maraqlarının müdafiəsi altında pərdələnən hakimiyyət davasından başqa bir şey deyil. Hakimiyyətə gəlmək arzusunun köləliyi altında, ambisiyalarının reallaşması uğrunda insanları təhlükəyə atmaq, lazım gələndə istifadə etmək, böhtan atmaq, şərləmək isə artıq vərdişə çevirlmiş ənənələrdəndir. Asayişi , insanların rahatlığını pozmaq, təhlükəyə atmaq bu isə, həmdə məsuliyyət hissinin olmamasından qaynaqlanır.

Bütün dünyda olduğu kimi, təbii cəmiyyətin var olduğu müddətdə bu kimi aksiyaların olmağı labüddür, necə ki, bu həmdə ictimai asayişi qorumaq üçün polisin müdaxiləsini labüd edir. Təhlükəsizliyimizin təmini bizim qazanılmış hüququmuzdur. Dünyanın hansı ölkəsində qanunsuz aksiyaların qarşısı alınmır? Ən inkişaf etmiş ölkələrdə belə bu normal hal sayılır.
Ümid edək ki, bu qarşıdurma özünü milliyyətçi adlandıraraq, xarici mərkəzlərin maliyyəsi və təlimatları əasında xalqı xaosa sürükləmək planının bir hissəsi deyil. Xaqlı mənfi rəyə bağlamaq, onu aqresiyayaya yönəltmək özü cinayətdir. Reallıqda isə müxalifətin apardığı işin ana xəttini bu missiya təşkil edir.

Bu gün Azərbaycan prezidentinin qətiyyəti, siyasi iradəsinin nəıticəsidir ki , Azərbaycan bəzi müsəlman dövlətlərinin taleyini yaşamır. Bizi isə xilas edən xalq və hakimiyyətin birliyidir. Adı müxalifət, özü isə hamıya müxalif olan bir qrupun siyasi mənzərəyə neqativ müdaxiləsi isə cəmiyyət üçün yersiz narahatçılıqdan başqa bir şey deyil.

Sona Əliyeva, Milli Məclisin deputatı
Xəbəri paylaş