Newscenter.az. 21.10.2019. "Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovun tutduqları vəzifələrindən azad edilmələri cənab Prezidentin son iqtisadi müşavirədə anonsunu verdiyi islahatların genişləndirilməsi kursunun tərkib hissəsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, İlham Əliyev savadlı və vətənpərvər gənc kadrların önəmli postlara irəli çəkilməsi üçün siyasi iradə nümayiş etdirir:
"Biz Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq dövlət başçısının bu addımlarını dəstəkləyirik".
Xosrov