Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib



Newscenter.az.22.10.2019. Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib.

Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, tədbirlər çərçivəsində sarı kəsişmə toru təşkil edilib, nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib, yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.
Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcəkdir.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır

Anar
Xəbəri paylaş