Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Uber Azerbaijan”da kartla ödəmək daha sərfəli oldu



Newscenter.az.22.10.2019. “Uber” istifadəçiləri tətbiqdə kartla sifariş verdikdə, əlavə 18% ƏDV ödəmirlər. Bu, 2019-cu ilin oktyabr ayının 10-dan* etibarən bütün kart əməliyyatlarına “Bank Respublika” tərəfindən xidmət göstərilməsi hesabına mümkün oldu.

Newscenter.az xəbər verir ki, “Kartla ödənişlərə üstünlük verən istifadəçilər üçün “Uber Azerbaijan” tətbiqi ilə taksi sifariş etmək daha sərfəli olacaq. Bu rahat və asandır – artıq cüzdanınızı evdə unutmağınızdan, sürücünün qalığı qaytarmamasından və ya yaxınlarınız üçün “Uber”-lə necə gediş təşkil etməyinizdən narahat olmayın", - bunu “Uber”-in Azərbaycan üzrə regional direktoru Ataman İnçe dedi.

Ödəniş kartını “Uber Azerbaijan” tətbiqinə necə qoşmaq lazımdır:

1. Tətbiqə daxil olun
2. Menyuda “ödəniş üsulları”-nı seçin
3. “Karta qoşulun” düyməsini sıxın - sonra kartın nömrəsini, etibarlılıq müddətini və CVV (kartın arxasındakı üç rəqəmli kod) daxil edin
4. “Kartı aktivləşdirin” düyməsini sıxın
5. İstifadə edə bilərsiniz
Xəbəri paylaş