Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlərə başlayır



Newscenter.az.6.11.2019.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 12–16 noyabr tarixlərində epizootoloji monitorinqlər keçirəcək.

Newscenter.az-a AQTA-dan bildirilib ki, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.

Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlarda seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Orxan
Xəbəri paylaş