Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

#NANOCELL – LG təkmilləşdirilmiş LCD televizorunu təqdim edir



Newscenter.az.21.11.2019. İstehlakçı elektronika bazarının lideri olaraq, LG tel-evizor xətti üçün innovasiyalar təmin etməkdə qərarlıdır. İllər ərzində LG Electron-ics (LG) özünün premium LCD televizor təkliflərini durmadan təkmilləşdirir.

Newscenter.az xəbər verir ki, diqqəti NanoCell Display texnologiyasına çəkmək üçün LG-nin televizorları Nano-Cell adı ilə yenidən təqdim edildi. NanoCell texnologiyası ilə təchiz olunmuş tele-vizorlar daha canlı rəng palitrası və möhtəşəm görüntü keyfiyyəti ilə təmin etmək bacarığını özündə təcəssüm etdirir.

Son dövrlərə qədər izləyicilər televizora baxmaq üçün onunla üzbəüz əyləşməyə məcbur idilər. IPS ekranlarının tətbiqi ilə istehlakçılar indi geniş baxış bucaqların-dan faydalana və məzmunu rahatlıqla izləyə bilərlər.

Bunu inkişaf etdirərək, izləyicilərin imkanlarını daha da artırmaq üçün LG NanoCell texnologiyasını yaratdı. NanoCell televizorları təmizləyici qismində çalışan nano-hissəcikləri tətbiq edərək saf rəng yaradır. Daha zəngin rəng palitrasına malik NanoCell televizorları bir milyarddan çox rəngi dəstəkləyir.

LG-nin NanoCell televizorlarında qara rəngi daha incə görüntüləmək üçün arxa işıq cihazlarına individual nəzarət edən Nano Black sistemi də mövcuddur. Nano-Cell televizorları kontrastı qoruyur və işıq yayılmasını minimuma endirir.

LG-nin 2019 NanoCell seriyası, ölçüsü 49 ilə 75 düym arasında dəyişən, süni intel-lektlə təchiz edilmiş 14 modeldən, o cümlədən flaqman hesab edilən 75 düymlük

8K LCD televizorundan (model SM99) ibarətdir. Şirkətin 86 düymlük 4K NanoCell televizor modeli ilin əvvəlində CES 2019 İnnovasiya Mükafatına layiq görülüb.

Ağıllı prosessorlara malik NanoCell televizorları məzmunu təhlil edir, şəkil və səs keyfiyyətini artırmaq üçün isə alqoritm tətbiq edir.

LG-nin NanoCell televizoru həmçinin Dolby Vision ™ tərəfindən hazırlanmış pre-mium HDR məzmunu dəstəkləyir. Dolby texnologiyası görüntü keyfiyyətində yeni standart yaradır.

Qabaqcıl vizual imkanları ilə yüksək keyfiyyət təmin edən yeni NanoCell televizor-ları, LG-nin səsin otaq daxilində və üç ölçülü məkanlarda istifadəçi ətrafında yayıl-masını təmin edən inqilabi audio texnologiyadan - Dolby Atmos®-dan da istifadə edir. Yüksək aydınlıq, zənginlik, görüntü detalları və dərinliyi ilə NanoCell televizor sahibləri məzmundan faydalana bilir.

“Yaxın Şərq və Afrika geniş texnoloji inkişafa şahidlik etdiyimiz bazarlardır. İsteh-lakçı ev elektronikasından ən yaxşısını gözləyir. Böyük ailələr və sosial qruplar üçün ideal olan NanoCell televizoru çeşidlərimizlə bazar lideri olduğumuz üçün qürur duyuruq. LG innovasiyaya investisiya qoymağa və insanları etdiyimiz işin mərkəzində saxlamağa davam edəcək," deyə LG Electronics-in Yaxın Şərq və Af-rika Nümayəndəliyinin Prezidenti Ceyms Li vurğulayıb.

Aydan
Xəbəri paylaş