Newscenter.az.21.11.2019. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdıralini qəbul edib.
Newscenter.az xəbər verir ki, görüşdə dövlət başçısına BTA-nın fəaliyyəti və gələcək planları haqqında məlumat verilib, Akademiyanın yeni nəşrləri təqdim olunub.
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirib və uğurlar diləyib.