Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc voleybulçularımız Gürcüstanda mübarizəyə qoşulub



Newscenter.az.25.11.2019. Noyabr 23-də Gürcüstanın Tbilisi şəhərində 16 yaşlı qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb. Azərbaycan Voleybol Federasiyasından

Newscenter.az-a bildirilib ki, Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak etdiyi yarışda voleybolçularımız A qrupunda mübarizə aparırlar. Emin Əbilovun rəhbərlik etdiyi komanda ilk matçını Ukrayna millisinə qarşı keçirib. Görüş ukraynalıların 3:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

AVRO-2020-yə seçmə statusu da daşıyan yarışda Azərbaycan yığması növbəti oyununu bu gün ev sahibi Gürcüstana qarşı keçirəcək. Qeyd edək ki, Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı U-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsi (I raund) statusundadır. Yarışın reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. 2020 Avropa Çempionatının II seçmə mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20 komanda mübarizə aparacaq.

Ehtiram
Xəbəri paylaş