Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millimiz qrup mərhələsini sonuncu yerdə başa vurub



Newscenter.az.27.11.2019. Noyabr ayının 23-də Gürcüstanın Tbilisi şəhərində 16 yaşlı qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb.

Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından daxil olan məlumata görə, Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak etdiyi yarışda voleybolçularımız A qrupunda mübarizə aparıb. Emin Əbilovun rəhbərlik etdiyi komanda sonuncu matçını Latviya komandasına qarşı keçirib. Görüşüdən Latviya millisi 3-0 hesabı ilə qalib ayrılıb.

AVRO-2020-yə seçmə statusu da daşıyan yarışda millimiz qrup mərhələsini sonuncu yerdə başa vurub. Qeyd edək ki, Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı U-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsi (I raund) statusundadır. Yarışın reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. 2020 Avropa Çempionatının II seçmə mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20 komanda mübarizə aparacaq.

Ehtiram
Xəbəri paylaş