Newscenter.az.11.12.2019. Dekabrın 11-də gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Anar