Newscenter.az.19.12.2019. Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Newscenter.az-a Agentlikdən bildirilib ki, bu çərçivədə 2019-cu ilin ilin 11 ayı ərzində Sabunçu rayonunda 91.6 km uzunluğunda 567 min kv.m sahəyə, Xətai rayonunda 17.7 km uzunluğunda 201 min kv.m sahəyə, Yasamal rayonunda 7.4 km uzunluğinda 151 min kv.m sahəyə, Binəqədi rayonunda 26.2 km uzunluğunda 272 min kv.m sahəyə, Səbail rayonunda 14 km uzunluğunda 100 min kv.m sahəyə, Nizami rayonunda 4.4 km uzunluğunda 73 min kv.m sahəyə, Nərimanov rayonunda 10.7 km uzunluğunda 183 min kv.m sahəyə, Xəzər rayonunda 51 km uzunluğunda 363 min kv.m sahəyə, Suraxanı rayonunda 14 km uzunluğunda 104 min kv.m sahəyə, Pirallahı rayonunda 7.3 km uzunluğunda 50 m in kv.m sahəyə, Qaradağ rayonunda 20.6 km uzunluğunda 194 min kv.m sahəyə və Nəsimi rayonunda 2.1 km uzunluğunda 61 min kv.m sahəyə asfalt-beton örtüyü döşənib.
Ümumilikdə cari ilin 11 ayı ərzində Bakı şəhərinin 12 rayonu üzrə 267 km uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 322 min 500 kv.m sahəsində asfaltlanma işləri aparılıb.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.
Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Hazırda prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında qəsəbədaxili küçə və yolların təmiri işlər davam etdirilir. İlin sonuna qədər təmir olunacaq küçə və yolların uzunluğu 300 km-ə çatdırılacaq.
Ümumilikdə isə bu çərçivədə tərtib olunmuş qrafikə uyğun, 2023-cü ilə qədər Bakı şəhərinin 60 qəsəbəsi üzrə 2200 km yolun təmiri nəzərdə tutulur.
Anar