Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" rəhbərliyi narazı sakinlərlə görüşdü-VİDEO



Newscenter.az.24.02.2020
. Bir neçə gün öncə Göyçay rayonun Şıxlar kəndinə qaz çəkilməməsinə görə sakinlər narahatlıqlarını ifadə etmək üçün müxtəlif internet resurslarında çıxışlar etmişdilər.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, baş verənlərin yerində araşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev həmin kənddə olub, vətəndaşları maraqlandıran sualları cavablandırıb. Məlumat verilib ki, Göyçay rayonunun Şıxlar kəndində yerləşən 84 fərdi yaşayış evinin qazlaşdırılması məsələləri ciddi araşdırılıb və bu işin icrasına dərhal qərar verilib. “Azəriqaz” İB-nin rəhbərliyinin kəndə gəlişindən cəmi bir neçə saat öncə artıq qaz boruları əraziyə gətirilib, yaxın günlərdə qaz çəkilişinə start veriləcək. Görüşdə baş direktor R.Əliyev sakinlərə qazlaşma işləri icra edildikdən sonra da nə problemləri olarsa, dərhal müraciət etmələrini xahiş edib. O, söz verib ki, Şıxlar kəndindəki qaz açılışında şəxsən özü iştirak edəcək.

Məlumat üçün bildirək ki, 29 may 2015-ci ildə təsdiq olunan müvafiq qanunda 17 rayonda bəzi kəndlərin adları dəyişdirilib. O cümlədən, Göyçay rayonunun Çərəkə kənd inzibati ərazi dairəsi tərkibindəki Cəyirli kəndi də Şıxlar kəndi adlandırılıb. Çərəkə kəndində qazlaşma işləri 2018-ci ildə həyata keçirilib. İnzibati ərazi vahidi barədə kifayət qədər məlumatlı olmayan yerli sakinlər “Çərəkə niyə tam qazlaşdırılmayıb?” deyərək Şıxlar kəndinin də həmin vaxt qazlaşdırılmasını istəyiblər. Lakin dövlət proqramlarında konkret olaraq inzibati vahidlərin adları göstərilir. Çərəkə kəndində qazlaşma 2018-ci ildə aparılarkən, artıq 3 il idi ki, Şıxlar kəndi mövcud idi.
Xəbəri paylaş