Newscenter.az.8.03.2020. Amerika Birləşmiş Ştatlarının (ABŞ) şimal-şərqində yerləşən Meyn ştatında “Xocalı faciəsi uşaqların gözündə” adlı rəsm sərgisi açılıb.
“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü və təşkilatın Meyn ştatı üzrə Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə açılan sərgidə nümayiş olunan əsərlərdə Xocalı faciəsində yaşananlar uşaqların fırçası ilə canlandırılıb.