Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq



Newscenter.az.20.03.2020. Koronavirus xəstəliyi ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə Bakı Mühəndislik Universiteti (BMU) təlim-tədris prosesini məsafədən davam etdirəcək. Bunun üçün universitetdə bütün texniki imkanlar mövcuddur.Bu proses tədris platforması olan Google Classroom LMS (Learning Managament System) vasitəsilə ilə həyata keçiriləcək.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, BMU artıq üç ildir Google şirkətinə aid olan G-Suite bulud texnologiyasının üzvüdür, bu texnologiyaya aid olan bəzi modullardan, o cümlədən əməkdaşlar və tələbələr üçün korporativ e-mail, təqvim, google drive, elektron cədvəllərdən aktiv istifadə edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

R.Mehdiyeva
Xəbəri paylaş