Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Andına və dövlətinə sadiq sağlamlığımızın keşikçiləri



Newscenter.az.26.03.2020. Dünyada hər bir insanın indi əsas qayğısı bəşəriyyətin ağır bəlasına çevrilmiş koronavirusdan qorunmaq, bu xəstəliyin digərlərinə yoluxmaması üçün daha həssas olmaq və maksimum gigiyenik normalara əməl etmək, mübarizədə birgə həmrəylik nümayiş etdirməkdir. Pandemiyanın yayılmasının qarşısını almaqda ölüm-dirim mübarizəsi aparan ağ xalat sahibləridir. Həyatlarını riskə atan həkimlərin fədakar əməyinin nəticəsidir ki, qlobal xəstəlyin dərmanın tapılmadığına baxmayaraq, hər gün dünyada yüzlərlə xəstə ölümcül virusun caynağından xilas olaraq sağlığına qovuşur.

Koronavirusun yayılmasının qarşısının alınmasında ilk gündən önləyici tədbirlər görən, Azərbaycan dövləti güclü iradəsinin ortaya qoyubdur. Prezident İlham Əliyevin xüsusi diqqətinin nəticəsində koronavirusa yoluxmuş xəstələrə xidmət işi yüksək səviyyədə təşkil edilib. Dövlət başçısının tibb işçilərinin əməyinə layiqli qiymət verməsi və onların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə əməkhaqlarının artırması Azərbaycan həkimlərinə yüksək etimadın nümunəsidir. “Həkimlər böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram.” deyən Prezidentin bu jestindən sonra xalqımızın bu çətin zamanlarda həkimlərlə həmrəy olması daha da güclənibdir.

Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində də həkimlərimizin əməyinə xüsusi qiymət verməsi milli həmrəyliyimizin möhkəmlənməsinə öz misilsiz töhfələrini verməkdədir. Mehriban xanımın “Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm” sözləri cəmiyyətimizdə tibb işçilərinə, səhiyyəyə və dövlətə inam və güvənini artırdı, milli birliyi gücləndirdi. Axı Mehriban xanım da həkimdir, tibb işçilərinin yuxusuz gecələr min bir əziyyətlə insanların sağlamlığının keşiyində dayanması üçün hansı fədakar əmək sərf etdiklərini yaxşı anlayır. Həkimliyin müqəddəs peşə olmasını, andına və dövlətinə sadiq olan hər bir həkimin insan həyatındakı əvəzsiz roluna daha yaxından bələddir. Onun mərhəməti və şəfqəti həm də həkimlərlə həmrəyliyinin bir nümunəsidir. Birinci vitse-prezident əminliklə bildirir ki, hər bir azərbaycanlı dövlətinə, onun rəhbərinə inanmalı və birlikdə bu çətin sınağım öhdəsindən gələcəyimizə əmin olmalıdır.

Hər bir Azərbaycan vətəndaşı arxayın olmalıdır ki, Prezident İlham Əliyev və Birinci-vitse-prezident Mehriban Əliyevanın əsas diqqət mərkəzində birinci olaraq vətəndaşların təhlükəsiz və rahat yaxşı yaşaması durur. Cəmiyyətin həmrəyliyinin, dəstəyinin və milli təşəbüskarlığın ən yaxşı nümunəsi hesab edilən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarının Fonda köçürməsi ilə geniş vüsət alan təşəbbüskarlıq, milli həmrəylik hər gün güclənməkdədir. Hər bir vətəndaş, təşkilat imkan daxilində öz vətəndaş mövqeyini göstərir, həmrəylik göstərir. Beləliklə,cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət xalqımızın müdrikliyini və böyüklüyünü dünyaya nümayiş etdirir.

Azərbaycan dövləti həmişə milli adət-ənənələrə, xalqımızın minilliklər boyu qoruyub saxladığı və bu gün də ehtiramla yaşatdığı dəyərlərə sadiqliyini nümayiş etdirib. Yaşlı nəslə xüsusi hörmət və qayğı da bundan qaynaqlanır. İndiki şəraitdə yaşı 65-dən yuxarı olan insanların izolyasiya tədbirlərinə xüsuilə cəlb edilməsi və onların evdən çölə çıxmasının məhdudlaşdırılması da dövlətin sosial humanizminin bir nümunəsidir. Çünki ən riskli qrup yaşlı insanlardır və dövlətin onlara daha çox diqqəti vardır. Yaşlı tənha insanların təminatını təchiz etmək üçün sosial xidmət işinin təşkil olunması və bu işə çoxminli könüllülər ordusunun qoşulması həm dövlətin sosial dayağı və yardımı, həm də vətəndaşlarımızın böyüklərə olan xüsusi məhəbbətinin ifadəsi hesab edilə bilər.

Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Xarici şokların mənfi təsirinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşir. Böhran zamanı bir sıra ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik qorunur və möhkəmlənir. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi və uzaqgörən düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir. Cənab Prezidentin də bəyan etdiyi kimi milli həmrəylik, məsuliyyət və milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk.

Vaqif Abdeullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş