Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polis bölgələrdə karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edib



Newscenter.az.28.03.2020. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi və elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanlarla profikatiki söhbətlər aparılır, onların çölə çıxmamaları barədə tövsiyyələr verilərək yaşadıqları ünvanlara qaytarılması təmin olunur.

Həmçinin polis əməkdaşları tərəfindən xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verilir.

Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.

X X X

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə isə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Cəlilabad rayonunda da davam etdirilir.

Bu məqsədilə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur.

Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb.


Mehman
Xəbəri paylaş