Newscenter.az.20.04.2020. Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dollarına enib.
Neftin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə düşüb. ABŞ neftinin bu həddə ucuzlaşmasının səbəbi anbarların dolması və şirkətlərin artıq həcmləri saxlaya bilməməsidir.