Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq



6 may saat 16:00-da 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyatla bağlı məsələlər müzakirə olunacaq, valideynləri maraqlandıran suallar canlı yayımda cavablandırılacaq.

Newscenter.az xəbər verir ki, birinci sinfə elektron qeydiyyatla bağlı yaranan suallarınızı paylaşımın şərh bölməsində yaza bilərsiniz.

Mövzu ilə əlaqədar suallar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova tərəfindən cavablandırılacaq.

Qeyd edək ki, canlı yayımı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

R.Mehdiyeva
Xəbəri paylaş