Newscenter.az.2.05.2020. İspaniyada ötən sutka ərzində daha 276 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 100-ə çatıb.
Bundan başqa, yoluxma hallarının sayı da 1 147 artaraq 216 582-yə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 402 000-i ötüb. Bunların 1 084 606 nəfəri sağalıb, 239 653 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.