Newscenter.az.11.05.2020. İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı hərbi təlimdə iştirak edən digər hərbi gəmini səhvən atəşə tutub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb.
Hadisə Oman körfəzində baş verib. “Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.
Hadisə zamanı azı 19 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
تصاویری از #ناوچه_کنارک که به گفته ارتش ایران در عملیات دریایی دچار حادثه شد. در این حادثه ۱۹ نفر جان باختند pic.twitter.com/EnrQdhfBfy
— ايران اينترنشنال (@IranIntl) May 11, 2020