Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üç ölkədə güclü zəlzələ olub



Newscenter.az.11.05.2020. Tokionun şimal-şərqində 5, 5 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb. Zəlzələnin episentri İbaraki Prefekturasının sahilində, 50 km dərinlikdə olub. Zəlzələ Tokioda hiss olunub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.

ABŞ-ın Geoloji Araşdırmalar Xidmətinin məlumatına görə, İndoneziyanın şərqində, Tanimbar adaları yaxınlığında zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Saumlaki kəndindən 259 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Milli Müdirliyinə görə yeraltı təkanlar 5,7 maqnituda gücündə olub.

Çilinin şimalında da güclü zəlzələ baş verib. Episentrdə yeraltı təkanların gücü 5,5 bal təşkil edib. Zəlzələnin episentri San-Pedro-de-Atakama şəhərindən 18 kilometr şimalda, yer qatının 138 km dərinliyə düşüb. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Xəbəri paylaş