Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yolllarda rənglənmə işləri aparılacaq



Newscenter.az.12.05.2020. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından Mikayıl Müşfiq küçəsində (Qurd qapısı-Bakı Dairəvi-1 avtomobil yolu), Bakı Dairəvi -1 avtomobil yolunda, Moskva və Tbilisi prospektlərində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, işlər axşam saatlarınadək davam edəcək

Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Anar
Xəbəri paylaş