Newscenter.az.19.05.2020. OCEP 2020 “Evdə idman və Bədii Qiraət üzrə” online müsabiqəyə start verilib. Milli Olimpiya Komitəsindən Newscenter.az-a bildirilib ki, bütün dünyanı bürüyən yeni koronovirus (COVİD-19) infeksiyası ölkəmizdədə çətinliklər yaradıb. Ölkədə koronovirusla bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar insanlara mümkün qədər evdə qalmaq tövsiyə olunub. Lakin böyüməkdə olan gənc nəslin nümayəndələri sayılan uşaqlarımız, gənclərimiz həmişə olduğu kimi, idman və yaradıcılıqla məşğul olmaq həvəsindədir. Bununla əlaqədar olaraq OCEP 2020 ekspertler qrupu Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə keçirməyi qərar aldı.
Evdə idman və Bədii Qiraət üzrə onlayn müsabiqə məktəblilərin sağlamlığı və virusa qarşı mübarizəni gücləndirmək, evdə olduqları müddətdə uşaqların yaradıcılıqları ilə koronovirusla mübarizə qalib gəlmək hisslərini artırmaq həmçinin istedadlı uşaqları üzə çıxartmaq və yaradıcı potensiallarını inkişaf etdirmək məqsədilə təşkil olunub. Məktəblilərin ev şəraitində asudə vaxtlarını səmərəli və faydalı keçirmələri məqsədilə təşkil olunan müsabiqə 2 nominasiya üzrə keçiriləcək.
Birinci, evdə idman ( Atletik və ya gimnastik hərəkətlər). Videonun müddəti 1-2 dəqiqəllik olmalıdır. Çəkiliş zamanı hərəkət aydın görsənməlidir.
Qiymətləndirmə videonun keyfiyyətinə, məktəblilinin hərəkəti düzgün icra etməsinə və hərəkətin çətinlik dərəcəsinə görə təyin edilir.
İkinci, bədii qiraət üzrə. İfaçı bədii qiraət nümunələri ilə ( şeir, monoloq, əsərdən parça,mahnılar ) çıxış edə bilər (Azərbaycan və rus dilində ola bilər). Hər bir video 3 dəqiqədən çox olmamalıdır.
Qiymətləndirmə düzgün tələffüzə, seçilmiş geyim qaydasına, jest, mimika, səs tonu, təqdim etmə bacarığı və video keyfiyyəti əsasında müəyyən ediləcək.
Videoların qəbulu: 15 may - 5 iyun tarixlərində olacaq.