Newscenter.az.1.06.2020. Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Daf XF 105 460" markalı yük nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Newscenter.az-a DGK-dan məlumat verilib.
Sorğu-sual zamanı o, avtomobildə gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin gömrük yoxlaması nəticəsində həmin nəqliyyat vasitəsinin salonunda - oturacağın alt hissəsində, hava filtrinin içərisində gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.
Bu mallar üzərində "R.Ş.A" yazılan 4 rulon, üzərində "R.Ş.A Collection" yazılan 98 000 ədəd, üzərində "Öznur" yazılan 1 100 ədəd, üzərində "İpek Home Collection" yazılan 3 500 ədəd etiketdən ibarət olub.
Faktla bağlı araşdırma aparılır.
Zaur