Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda doğum günü təşkil edib karantini pozan hansı vəzifəlinin qohumudu?



Newscenter.az.5.06.2020. Bakıda təşkil olunan doğum günündə ölkəmizdə tətbiq olunan karantin qaydaları pozulub. "Qafqazinfo” bildirir ki, müvafiq görüntüləri rəqqasə Renka (Rəna Ağamuradova) İnstaqram hesabında paylaşıb.

Kadrlardan da göründüyü kimi, doğum günündə 10-dan çox insan iştirak edib. Bu isə bilavasitə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ziddir.

Qeyd edək ki, bütün bunlar kosmetoloq Aytac Əsədovanın doğum günündə baş verib.

Xatırladaq ki, xüsusi karantin rejiminin tələbinə görə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.) qadağandır, eləcə də 10-dan çox insan bir yerə toplaşmamalıdır.

Vətəninfo.az-ın redaksiyasına daxil olan məlumatda iddia edilir kosmetoloq Aytac Əsədova Daxili İşlər nazirliyində yüksək vəzifə tutan şəxslərdən birinin qardaşı qızıdı.

Ad günündən görüntülərə aşağıdakı linkdən baxa bilərsiniz:

https://ok.ru/video/1714411014762
Xəbəri paylaş