Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kaspersky: Dünyadakı işçilərin 73% -i uzaqdan təhlükəsiz işləmək barədə tövsiyələr almayıb



Newscenter.az.5.06.2020. Kaspersky-nin COVID-19-un iş tərzinə təsiri ilə bağlı yeni bir araşdırmasına görə, uzaqdan işləmək rejiminə keçən işçilərin 73% -i hələ də rəqəmsal savadlılığı artırmaq üçün heç bir tövsiyə almayıb və onları kiber risklərdən qorumaq üçün hazırlanmış təlimlərdən keçməyib. İndiki şəraitdə, şirkətlər üçün korporativ məlumat təhlükəsizliyini təmin etmək daha çətindir. Məsələn, respondentlərin 27% -i COVID-19-la əlaqəli fişinq məktubları aldıqlarını söyləyib. Kiber risklərin qarşısını almaq üçün təşkilatlar öz işçilərinə kiber təhlükəsizlik qaydaları haqqında təlim keçməlidirlər.

İş proseslərinin məhsuldarlığını və səmərəliliyini qorumaq və eyni zamanda işçilərin zəruri xidmətlərə təhlükəsiz girişini təmin etmək bugünlərdə biznes üçün çox vacibdir. Uzaqdan işləmək, korporativ istifadəçilərin boşluğu olan Wi-Fi nöqtələrinə bağlanması və ya işçi heyəti tərəfindən kölgə İT mənbələrindən istifadə edilməsi kimi problemlərə səbəb ola bilər.

Kaspersky-nin araşdırmasına görə, bir çox işçilər həqiqətən də şirkətlərin İT şöbələri tərəfindən təsdiqlənməyən onlayn xidmətlərdən istifadə etməyə başlayıblar. Söhbət sözdə kölgə İT-dən gedir: videokonfrans xidmətləri (70%), messencerlər (60%), faylların saxlanması üçün bulud xidmətləri (53%) və s.

"İndi həmişəki kimi işləməyə davam etmək çətindir, çünki demək olar ki, hər şey kəskin dəyişib. Şirkətlərin işçiləri evdən işləyərək yeni reallıqla barışırlar, İT komandaları və informasiya təhlükəsizliyi şöbələri iş proseslərinin təhlükəsizliyini təmin ediərək təzyiq altındadırlar. Kiber insidentlər yalnız cari tapşırıqları çətinləşdirə bilər, buna görə də ayıq olmaq və uzaqdan işin təhlükəsizliyini təmin etmək vacibdir,” Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kaspersky, təşkilatlara kiber təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tədbirləri görməyi tövsiyə edir:
• işçilərinizin İT və ya kiber təhlükəsizliklə bağlı problemləri olduqda kiminlə əlaqə quracağını bildiyinə əmin olun. Şəxsi cihazlarla işləmək məcburiyyətində olanlara xüsusi diqqət yetirin: onlara xüsusi təhlükəsizlik tövsiyələri verin və müvafiq siyasət təqdim edin;
• işçilərin onlayn, o cümlədən rəqəmsal savadlarını artırmaq üçün təlimlər planlaşdırın. Bu, onlara hesablarını və şifrələrini idarə etməyi, e-poçt və son cihazların təhlükəsizliyini təmin etməyi öyrədir. Bu məqsədlər üçün, Kaspersky və Area9 Liseyi "Həyatda və işdə pandemiya zamanı təhlükəsizlik" adlı pulsuz onlayn kurs hazırlayıb;
• parol təyin etmək, iş cihazlarını şifrələmək və məlumatların ehtiyat nüsxəsini hazırlamaq da daxil olmaqla korporativ məlumatları və cihazları qorumaq üçün vacib tədbirlər görün;
• cihazların, proqramların, tətbiqlərin və xidmətlərin mütəmadi olaraq yeniləndiyinən əmin olun;
• Kaspersky Endpoint Security Cloud kimi sübut olunmuş təhlükəsizlik proqramını mobil cihaz daxil olmaqla, bütün son cihazlara quraşdırın. Bu, iş məqsədləri üçün yalnız təsdiq edilmiş onlayn xidmətlərin istifadə olunmasını təmin edəcəkdir.
Koronavirus pandemiyasının insanların işinə təsiri barədə hesabatın tam versiyası ilə burada tanış ola bilərsiniz: https://www.kaspersky.ru/blog/report-covid-wfh/28391/.
Xəbəri paylaş