Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COVİD-19 virsu ilə əlaqədar gənclər arasında poster (mem) sosial yarışı elan olunur



Newscenter.az.24.07.2020. COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar elan olunmuş karantin rejiminin qaydalarına və əhalinin sanitar-epidemialoji normalara daha cox riayyət etmələri məqsədi ilə Gənclər və İdman Nazirliyi gənclər arasında poster (mem) sosial yarışını elan edir. Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, yarışın məqsədi daha cox insanın yoluxmasının qarşısnın alınması üçün ictimai nəzarətin və qınağın təşviq edilməsidir.

Yarışda iştirak etmək istəyən gənclər Operativ Qərərgahın müəyyən etdiyi qaydalar və COVİD-19-la bağlı tətbiq edilən normaları nəzərə alaraq öz posterini yaradır. Posterdə ictimai davranışa riayyət olunması, olunmadığı halda bunun fəsadları, cəmiyyət üçün yaranan təhlükələr və s. bu səpgili mövzuların əhatə edilməsi zəruridir. Poster JPEG formatda təqdim olunmalıdır. Bir şəxs yalnız bir poster təqdim edə bilər.

İştirak etmək istəyənlər öz posterini yaradıb 15 avqust 2020 tarixinə kimi [email protected] elektron ünvana göndərməlidirlər. Elektron poçta göndərilərkən ad, soyad, mobil telefon qeyd edilməli və şəxs özü barədə qısa məlumatı da əlavə etməlidir.

Təqdim edilmiş şüar və posterlər nazirliyin facebook səhifəsində yerləşdirləcək və daha cox bəyənmə toplayanlar qalib elan olunacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim ediləcək.

Sevinc
Xəbəri paylaş