Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Qafqazda meşələrin dayanıqlı idarəedilməsi üçün qaydalar hazırlayıb



Newscenter.az.27.07.2020. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) tədqiqatları Qafqaz və Orta Asiyanın qiymətli meşələrinin dayanıqlı idarə edilməsinə töhfə verir.

Bu barədə Newscenter.az-a FAO-nun Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, Qafqaz və Orta Asiyanın meşələri nadir hallarda beynəlxalq ictimaiyyətin diqqətində olur və qlobal müzakirələr zamanı əksər hallarda meşələrin qorunması və dayanıqlı idarəetmə mövzusunda diqqətdən kənarda qalır. Buna baxmayaraq, ümumi sahəsi demək olar ki, Avropa Birliyinin ərazisinə bərabər olan bu meşə sahələri region üçün olduqca vacibdir. Bu meşələr torpaq eroziyası və itkisinin qarşısının alınmasında, biomüxtəlifliyin qorunmasında, karbon qazını udulmasında və bölgədə yaşayan kənd əhalisinin dolanışıqlarını təmin etməkdə böyük rol oynayırlar.

Bu meşə sahələrinin dayanıqlı şəkildə idarə edilməsini dəstəkləmək üçün UNECE və FAO, Qafqaz və Orta Asiya region uzrə haqqında iki dildə (İngilis / Rus) tədqiqatlar yayımlayıb, burada adı çəkilən ölkələrin hər birinə dair meşələrin dayanıqlı idarə edilməsində problemlərin həll edilməsi və mövcud meşə ehtiyatları barəsində siyasətlər yer alıb.

“Beləliklə, bu tədqiqatlar bölgədəki mütəxəssislərə və yerli icmalara ətraf meşələrin təmin etdiyi bütün üstünlüklərdən faydalanmağa kömək edəcək, yol xəritəsinin hazırlanması və həyata keçirməsi üçün praktik bir mənbə təklif edərək, gələcək nəsillər üçün əlçatan olacaq"deyə FAO-nun Meşəçilik üzrə mütəxəssisi Ekrem Yazıcı öz sözlərində bildirdi.

Hazırda bu meşə sahələri, Orta Asiya və Qafqazın səkkiz ölkəsinin ərazisinin təxmini 4 və 13 faizini əhatə edir, Gürcüstanda isə bu rəqəm 40 faizə yaxındır. Meşələr son onilliklər ərzində xüsusilə iqlim dəyişikliyi və bölgənin xarakterik sərt iqlimi səbəbindən və yerli icmalar tərəfindən həddən artıq kəsilərək yanacaq vasitəsi kimi istifadə olunmasına görəzərər görmüşdür. Qafqaz və Orta Asiya meşələri çox zəngidir və əhəmiyyətlidir və buna görə də milli və beynəlxalq ictimaiyyət tərəfindən daha çox diqqət və qayğı görməlidir. Biz ümid edirik ki, bu nəşrlər meşə sahələrinin qorunması, dayanıqlı şəkildə idarə edilməsi və bərpası üçün dəstəyi və mənbələri səfərbər edəcəkdir " deyə bu tədqiqatların hazırlanmasına başçılıq edən, iqtisadi məsələlər üzrə katib Roman Michalak bildirib.

Təbii və antropogen çətinliklər bu bölgədəki meşələrin davamlı idarə edilməsini xüsusilə çətinləşdirən tək ünsürlər deyil. Son zamanlara qədər Orta Asiya və Qafqazdakı meşələrin vəziyyəti haqqında az məlumat var idi. Bundan əlavə, bu günə qədər mövcud olan məlumatlar müxtəlif nəşrlər və mənbələr vasitəsi ilə yayılmışdı ancaq onların heç biri bölgənin xüsusiyyətləri və problemlərinə diqqət etməyib.

Bunu dəyişdirmək cəhdi ilə həmçinin milli mütəxəssislərlə sıx əməkdaşlıq şəraitində, UNECE və FAO, 2019-cu ildə Qafqaz və Orta Asiya meşələrinin vəziyyəti haqqında ilk dəfə çoxşaxəli araşdırmanı başladıb. Bu icmal bölgədəki ölkələrin milli meyarlar və standartlarının inkişaf etdirilməsi, eləcə də meşələrin dayanıqlı idarə olunması üçün hesabatlılıq sistemləri üçün milli potensialının gücləndirilməsi layihəsi çərçivəsində "Qafqazda və Orta Asiyada meşələrin dayanıqlı idarəetməsi üçün meyar və göstəricilərin hazırlanması qaydaları" ilə hazırlanaraq tamamlandı.
Xəbəri paylaş