Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib



Newscenter.az.31.07.2020. “TurAz Qartalı - 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğulayaraq bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.
Xəbəri paylaş