Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarusda Lukaşenkonun hakimiyyətdə qalması, ölkımizin maraqlarına cavab verir



Newscenter.az.10.08.2020. “Belarusda keçirilən seçkilərin ilkin nəticələri hazırkı prezident A.Lukaşenkonun qalib elan edilməsi ilə nəticələndi. Müxalif namizəd Svetlana Tixanoviskaya nəticələrlə razılaşmadığını elan edir. Siyasətçi olmayan və Qərb tərəfindən heç də ciddi dəstəklənməyən S.Tixanoviskayanın hakimiyyəti ələ almaq şansı yoxdur”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qərb ölkələrinin bəziləri A.Lukaşenkonun qələbəsini tanımasa da bu həlledici olmayacaq:

“Amma bundan sonra, siyasiləşmiş Belarus cəmiyyəti Lukaşenko üçün bir başağrısı olacaq və onun əvvəlki kimi sərt siyasət aparmasına imkan verməyəcək. Qeyd edim ki, bu seçkilərdən sonra Belarusda yeni siyasi mərhələ başlayır və bu prezident üçün çox çətin bir dönəm olacaq. Daxildə siyasi situasiyanın gərgin olacağı qaçılmazdı”.

Politoloq deyib ki, xarici siyasətdə Belarusun Rusiya ilə əlaqələrində soyuqluq müşahidə ediləcək:

“Əvəzində Lukaşenko daha çox Qərblə əlaqərin yumuşalmasına çalışacaq. ABŞ-da Lukaşenkonun Rusiya siyasətinə diqqət edəcək. Əgər, Minsk Moskva ilə məsafəli davranacaqsa, Vaşinqton A.Lukaşenkoya dəstək verəcək. Belarusda siyasi vəziyyətin mürəkkəbləşməsi qaçılmazdı və bu uzaq perspektivdə gözlənilmir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan baxımından Belarusda A.Lukaşenkonun hakimiyyətdə qalması, ölkımizin maraqlarına cavab verir:

“Ermənistanın KTMT müttəfiqi olan Belarus Azərbaycanla əlaqələrə daha çox önəm verir. Əgər, Belarusda müxalifət meydanalara böyük insan kütləsi çıxara bilərə, bu ölkədə inqilaba gətirə bilər. İnqilabın baş verməsi, ölkə üçün ağır nəticələrə gətirib çıxaracaq. Bundan istifadə edən Rusiya Belarusa qoşun yeridə bilər. Ona görə də Qərb də Belarusda siyasi vəziyyətin böhrana doğru getməsində maraqlı deyil”.

Mehman
Xəbəri paylaş