Newscenter.az.6.09.2020. "Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin məzunu Aydınova Səbinə Simran qızı I ixtisas qrupu üzrə 673 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni göstərib".
Newscenter.az İsmayıllı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, bu fikirləri icra hakimiyyətinin başçısı Nahid Bağırov özünün facerbook səhifəsində qeyd edib. Nahid Bağırov diqqətə çatdırıb ki, bununla yanaşı, rayondan 20 nəfər məzun 600 baldan yüksək nəticə əldə etməklə ali məktəblərdə təhsil almaq hüququ qazanıb:
"Hətta, bir sinifdәn 5 mәzun 600-dәn çox bal toplayıb. Uğurlu nailiyyәtin əldə edildiyi təhsil ocağı İ.Həsənov adına İsmayıllı şәhәr 1 nömrəli tam orta mәktәbin 11A sinfidir. Bu günə olan məlumata əsasən, İsmayıllı rayonu üzrə 323 nəfər məzun ali məktəblərdə təhsil almaq hüququ qazanıb. Bu münasibət ilə rayonumuzdan tələbə adı qazanan bütün şagirdləri, onların yetişməsində rolu olan təhsil ictimaiyyətini və valideynləri təbrik edirəm".
Anar