Newscenter.az.23.09.2020. Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Masallı rayonunun Qızılağac kəndi istiqamətində Milli Parkın kiçik su sahəsində elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan Masallı rayon sakini A.Həsənov saxlanılıb. Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və ov zamanı istifadə etdiyi digər alətlər, həmçinin qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb. A.Həsənovun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır