Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

50 nəfər gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına qatıldı



Newscenter.az.2.10.2020. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əkshücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.

Newscenter.az-a qurumdan bildirilib ki, Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları Azərbaycan ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.

Zaur
Xəbəri paylaş