Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici siyasiyətçilər, ekspertlər və məşhurlar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatçı əməllərini pisləyir



Newscenter.az.2.10.2020. Xarici siyasiyətçilər, ekspertlər və məşhurlar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatçı əməllərini pisləyən açıqlamalarla çıxış ediblər.

Newscenter.az həmin açıqlamaları təqdim edir:

İordaniyalı tarixçi-jurnalist “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” kitabının müəllifi Ömər Əl-Armutinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladığı məktub İordaniya Haşimilər Krallığında “Nayrouz” qəzetində dərc edilib. O, məktubunda Azərbaycanın işğal altında olan ərazilərində separatçılarla döyüşlərin getdiyi bir vaxtda ölkəmizə olan dəstəyini ifadə edib. Azərbaycanın əzəli torpaqlarının təcavüzkarlardan, qəsbkarlardan və işğalçılardan azad edilməsi uğrunda apardığı mübarizəyə haqq qazandırıb: Hamıya məlumdur ki, BMT-nin qətnamələri və beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bunun nəticəsində 1 milyondan çox azərbaycanlının öz ölkəsində məcburi köçkün olması təsbit edilib. Ermənistanın həmin qətnamələri yerinə yetirməkdən imtina etməsi də aşkar bir faktdır.....”

Kanadalı siyasi-hərbi analitik JohanValkar sosial şəbəkə hesabında Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni dəstəklədiyini bildirib: Azərbaycan əsgərləri yalnız Ermənistanın işğal etdiyi torpaqları uğrunda mübarizə aparırlar. Azərbaycan Silahlı Qüvvələri yalnız erməni hərbi mövqelərinə hücum edib. Azərbaycan Ordusuna qarşı Ermənistana onlarla xarici muzdlu kömək edir...”

Kaliforniyanın San-Dieqo şəhərində yaşayan hərbi jurnalist, veteran Benjamin Minik twitter hesabında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib: “Erməni yalanları və təcavüzü dayandırılmalıdır”

Böyük Britaniyada Biznes, Diplomatiya, Hüquq və Qlobal Təhlükəsizlik üzrə mütəxəssis, analitik və tədqiqatçı Edison Lami da Ermənistanın Azərbaycanda mülki əhalini atəşə tutmasını kəskin şəkildə qınayan paylaşım edərək ölkəmizin haqlı mövqeyini dəstəklədiyini nümayiş etdirib.
İstanbul şəhərində Maltepe Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin professoru Hasan Ünal sosial şəbəkə hesabında erməni yalanlarına son qoymağa və Azərbaycanın Ermənistanın qanunsuz işğalı altında saxladığı ərazilərini azad etmək üçün mübarizə apardığını bildirib.

Mehman
Xəbəri paylaş