Hikmət Hacıyev: "Ermənistanın etdiyi barbarlıq və vandalizmdir"
Tarix: 5-10-2020, 12:17
Newscenter.az.5.10.2020. “Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyi və çaxnaşmada olduqlarını göstərir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.