Newscenter.az.6.10.2020. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər ərazilərində davam edən hadisələrdən öz narahatlığını bildirir. AmCham Azərbaycana qarşı edilən bütün hücumları, xüsusilə də son olaraq Ermənistan ərazisindən dinc əhalinin və strateji infrastruktur obyektlərinin geniş miqyaslı atəşə tutulmasını kəskin şəkildə pisləyir.
Newscenter.az xəbər verir ki, AmCham birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və BMT Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq həll edilməsinə çağırır.
Ötən bir həftə ərzində son 30 ildə ilk dəfə olaraq işğal altında olan bir neçə ərazinin erməni işğalından azad edilməsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıdacağına və bölgədə davamlı sülh və sabitliyin bərqərar olunacağına ümid verir.
Sevinc