Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb
Tarix: 6-10-2020, 01:50
Newscenter.az.6.10.2020. Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.
Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.