Azərbaycanda daha 11 şagird koronavirusa yoluxub, 1 məktəb distant təhsilə keçib
Tarix: 7-10-2020, 01:04
Newscenter.az.7.10.2020. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.
Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.
Daha 1 məktəb də distant təhsilə keçib.
İndiyə qədər ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.