Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Bölgədə şərtləri Azərbaycan diktə edir”



Newscenter.az.11.10.2020. "Azərbaycan ordusu cəmi 10 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Bu gün artıq Hadrut qəsəbəsi və bir neçə kənd də işğaldan azad edilib".

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. Onun sözlərinə görə, Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edir:

"Azərbaycanın Ali baş Komandanı İlham Əliyev 30 ildir, Ermənistanın öz havadarlarının dəstəyi ilə möhkəmlənən “status-kvo”nu dəyişdirdi. Cənab Prezident də bəyan etdi, artıq hər hansı təmas xəttindən söhbət gedə bilməz. Bu o deməkdir ki, artıq bölgədə şərtləri Azərbaycan diktə edir və Azərbaycan sona qədər öz torpaqları uğrunda mübarizə aparacaq. Azərbaycan əsgərinin döyüş meydanında əldə etdiyi uğurlar rəsmi Bakının diplomatik sahədə də uğurlarını şərtləndirir. Ermənistan rəhbərliyi də cəmi 12 gündə əsl kabus yaşadıqlarını etiraf edir. Cəmi 12 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində 5 minə yaxın əsgər və zabitini itirdi".

K.Nurullayeva bildirib ki, cəbhədəki erməni əsgərlərinin və hətta zabitlərinin də valideynləri, yaxınları sosial şəbəkələrdə onların adını nə ölü, nə yaralı siyahısında, nə də hərbi hissələrdə tapa bilmir:

"Bu, Ermənistan hərbi rəhbərliyinin itkiləri gizlətməsinin növbəti təsdiqidir. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın “bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. İtkilərə görə üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik” söyləməsi də bunu bir daha təsdiqləyir. Ermənistanın baş naziri Nikol Paşinyanın ağ bayraq qaldıraraq, təslim olması işğalçı ölkənin Azərbaycanın qarşısında acizliyini nümayiş etdirdi. Azərbaycanın milli maraqları ali baş komandanımız üçün, xalqımız üçün ən ali dəyərdir. Heç bir güc bizi haqq işimizdən yayındıra bilməz".
Xəbəri paylaş