Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Ali Neft Məktəbi erməni vandalizmini əks etdirən videoçarx hazırlayıb



Newscenter.az.13.10.2020. Bakı Ali Neft Məktəbi Ermənistanın hərbi təxribatı nəticəsində təmas xəttindən kənarda yerləşən şəhər, kənd və yaşayış məntəqələrimizin sentyabrın 27-dən etibarən raket və ağır artilleriya atəşinə məruz qalmasına və yaranan insan tələfatına diqqəti çəkmək üçün ingilis dilində videoçarx hazırlayıb.

Bu barədə Newscenter.az-a Ali Məktəbdən bildirilib.

Videoçarxın daha çox insana çatması üçün o #erməniterrorunason həştəqi ilə açıq informasiya resurslarında yerləşdirilib və Ali Məktəbin əməkdaşlıq etdiyi portnyorlara göndərilib.

Videoçarxda erməni vandalizmi, onların mülki əhalini hədəf alan hücumları qeyd olunub.

Mülki əhaliyə qarşı edilən və günahsız uşaqların, qadınların, yaşlıların həlak olmasına səbəb olan hücumlar terrorizim kimi xarakterizə olunub.

Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda mübarizə aparması, təmas xəttindən kənarda yerləşən Gəncə, Mingəçevir kimi iri infrastruktur şəhərlərinin çoxsaylı və qeyri-qanuni hücumlara məruz qalması, azyaşlı məktəblilərin həlak olması barədə məlumatlara ayrıca yer verilib.
Xəbəri paylaş