Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misir KİV-ləri Ermənistanın humanitar atəşkəsi pozmasından yazıb

Misir KİV-ləri Ermənistanın humanitar atəşkəsi pozmasından yazıb


Newscenter.az.13.10.2020. Misirin informasiya portalları işğalçı Ermənistanın Moskvada elan edilmiş humanitar atəşkəs rejimini pozması barədə xəbərlər yerləşdirib.

Geniş oxucu auditoriyasına malik “Almasryalyoum” nəşrində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistanın humanitar atəşkəsi pozması, yaşayış məntəqələrinə, o cümlədən ölkəmizin ikinci şəhəri olan Gəncəyə raket zərbələri endirməsi barədə bəyanatı yayılıb.

“Elamwal” informasiya portalı isə AZƏRTAC-ın xəbərlərinə və fotoşəkillərinə istinadla Gəncənin raket hücumuna məruz qalması, mülki obyektlərin və evlərin dağıdılması, dinc sakinlərin həlak olması barədə material yerləşdirib.

Misirin “Aldiplomasy”, “Dostor”, “Garbnews” internet nəşrləri isə Qoşulmama Hərəkatının oktyabrın 9-da videokonfrans formatında keçirilmiş Nazirlər səviyyəsində görüşünün iştirakçılarının Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyi ifadə edilən xüsusi bəyanatını yayıb.
Xəbəri paylaş