Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda yaşayan ermənilər nə üçün Ermənistanın təcavüzünə etiraz etmirlər?



Newscenter.az.14.10.2020. “Azərbaycanda hazırda 20-30 min erməni və ya erməni əslli yaşayır. Bəzi məlumatlara görə isə onların sayı daha da çoxdur. Çox maraqlıdır ki, bu şəxslər Ermənistan tərəfindən yaşadıqları Azərbaycana, onun ərazisinə və dinc əhalisinə qarşı edilən təxribatlara terrora və vəhşiliklərə heç bir münasibət göstərmirlər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. Ekspert haqlı olaraq aşağıdakı fikirləri söyləyib:

“Niyə yığışıb erməni səsini daha tez eşidən beynəlxalq ictimaiyyətə, çoxüzlü beynəlxalq təşkilatlara bəyanat ünvanlamırlar?! Yoxsa ki, bu dövlət, onlara yalnız firavan yaşayıb xoşbəxt ömür sürmək üçün lazımdır!? Yoxsa onlar bu səssizliklə əslində Ermənistanın vəhşiliklərinə haqq qazandırırlar!? Yoxsa onlar bununla, istər Ermənistanda, istər Azərbaycanda və istərsə də dünyanın istənilən nöqtəsində yaşasın, fərqi yoxdur, bir erməni ermənidir və problem xislətdədir demək istəyirlər!”

Ekspert hesab edir ki, ölkəmizin tolerant prinsiplərindən, multikultural dəyərlərindən geninə-boluna istifadə edən bir çoxları kimi, erməni əslli on minlərlə insan da, Azərbaycandan on illiklər boyu aldıqlarının müqabilində bu gün zərrə qədər də olsa həqiqətə və ədalətə söykənən mövqe nümayiş etdirməlidirlər:

“Azərbaycanın haqq mübarizəsində onun yanında olduqlarını və onun haqq səsinə səs verdiklərini ortaya qoymalıdırlar! Uca Tanrı Azərbaycanı, xalqımızı və ordumuzu qorusun!”.

Mehman
Xəbəri paylaş