Newscenter.az.14.10.2020. Dünyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 38 milyonu ötüb.
Newscenter.az-ın məlumatına görə, bu barədə ABŞ-ın beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının informasiyası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Universitetin məlumatına görə, hazırda dünyada təhlükəli infeksiyaya yoluxanların sayı 38 006 121 nəfər təşkil edir. Pandemiya ərzində dünyada COVID-19-dan 1 083 875 insan ölüb, eyni zamanda virusa yoluxmuş 26 354 211 pasiyent sağalıb.
Koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 7 850 829 indan COVID-19-a yoluxub. Siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində 7 175 880 insanda koronavirus aşkarlanıb. Üçüncü yerdə qərarlaşan Braziliyada isə 5 103 408 nəfərdə təhlükəli infeksiya aşkarlanıb.
Anar TAĞIYEV