Newscenter.az.14.10.2020. Azərbaycanın Qarabağ cəbhəsində əks-həmlə əməliyyatı fonunda ağır itkilər verən Ermənistan Gəncə, Mingəçevirə ballistik raket atmaqla bir neçə hədəfə çatmağı planlayırdı.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ilk növbədə düşmən hesab edirdi ki, Azərbaycan qarşılıq verməklə Ermənistan ərazisinə zərbə endirəcək və nəticədə KTMT münaqişəyə qarışacaq:
“Eyni zamanda Rusiya Azərbaycanı hədələmklə, Türkiyə-Rusiaya əlaqələrinə zərbə vuracaq. Azərbaycanın mülki əhalisini vurmaqla atəşkəsə məcbur edəcək”.
Politoloq deyib ki, ilk növbədə Azərbaycan Ermənistanın bu planlarını bilərək ilk gündən preventiv zərbələr endirmədi:
“Halbuki, BMT-nin hərbi təcavüzülərlə bağlı nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq hərbi təcavüzə məruz qaldığı təqdirdə hansı nöqtədə olmasına baxmayaraq hədəfləri zərərləşdirmək hüququna malikdir. Bir neçə gün təmkin nümayiş etdirilməsinə baxmayaraq Yerevan növbəti raket atışlarını hədəfləmişdi. Azərbaycan öz təhlükəsizliyik hüququnu rəhbər tutaraq Vardenisdə Azərbaycana tuşlanmış start mövqəyində olan "Skad" və "Toçka-U" baterreyalarnı sıradan çıxardı. Bununla da Yerevanın təcavüzkar siyasətinin qarşısını almaqla hərbi planını dəf etdi”.
Məhəmməd Əsədulazadənin qənaətincə, Ermənistan rəhbərliyi arxayın idi ki, Azərbaycan Ermənistan ərazisində heç bir hədəfləri vura bilməz:
“Rusiya və KTMT münaqişəyə müdaxilə edəcək. Bununla da Azərbaycanı Rusiya ilə üz-üzə qoyacaq. Amma, Azərbaycan öz təhlükəsizliyini və hərbi təcavüzün qarşısını alaraq, bu striotepi qıraraq Ermənistanın Rusiya və KTMT-ni bu münaqişəyə cəlb etmək planını ortadan qaldırdı. Artıq Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə raket zərbələrindən cəkinəcək. Rusiya və KTMT Ermənistanın bu provakasiyasına getməyəcək. Çünki burada Azərbaycan öz təhlükəsizliyini təmin edib. Ortada faktlar və sübutlar var. Görünür Azərbaycan raketlerin qalxma trayektoreyasını Moskvaya təqdim edib. Artıq Ermənistan KTMT, nə də Rusiyaya güvənə bilməz. Regionda dəyişməkdə olan geosiyasi nizam Rusiyanın təsirlərini azaldıb. Türkiyənin regionda aktiv fəaliyyəti Rusiyanın Azərbaycana qarşı təzyiqlərini neytrallaşdırması Ermənistanın bütün planlarının üstündən xətt çəkdi. Hətta Ermənistan gözləmədiyi bir tərzdə öz ərazisində raket batareyalarına Azərbaycanın hərbi cavabına məruz qaldı. Bu, Ermənistanın regionda daha əhəmiyyətsiz və Azərbaycan qarşısında tam müdafiəsiz durumuna gətirdi”.
Politoloq qeyd edib ki, Ermənistan Qarabağda davam edən müharibəni regional müharibəyə çəkə bilməyəcək:
“Nə Rusiyanı, nə də KTMT -ni Azərbaycana qarşı qaldıra biləcək. Demək olar ki, Moskva razılaşmasında qismən siyasi mövqeyi zəifləyən Azərbaycan artıq siyasi müstəvidə mövqeyini gücləndirdi. Azərbaycanın Qarabagda əks- həmlə əməliyyatını aparması Aralıq dənizi, Yaxın Şərq və Mərkəzi Asiya istiqamətində yaşanan geosiyasi proseslərin nəticəsidir. Həmçinin Türkiyənin mövqəyinin güclənməsidir. Həmçinin Türkiyənin Rusiya ilə ortaq çalışması ilə yanaşı, bəzən Moskva ilə qarşı-qarşıya gələrək hərbi -diplomatik müstəvidə qalib gəlməsidir. Bu gün Türkiyə faktoru Azərbaycanın da əlini gücləndirib və Bakı təzyiqlərə qarşı prinsipallığını qoruyaraq istədiyi siyasi plana nail ola biləcək”.
Mehman