Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan rejimi beynəlxalq məsuliyyətsizliyini davam etdirir



Newscenter.az.14.10.2020. Rusiyanın təşəbbüsü ilə Moskvada əldə edilmiş humanitar atəşkəs reallıqda baş tutmadı. İlk saatlardan atəşkəsi kobud şəkildə pozan Ermənistan Gəncə terrorunu həyata keçirməkdən belə çəkinmədi. Atəşkəs zamanı şəhərləri hədəf almaları, dinc əhalini qətlə yetirmələri onların faşist sifətlərini aşkar etdi. Bununla görünür Paşinyan rejimi beynəlxalq məsuliyyətsizliyini davam etdirməkdə, Moskva razılaşmasına zidd hərəkətlər etməkdə niyyətlidir. Lakin dünya bunu görsə də, hələ də susur.

Moskva danışıqlarından sonra davam edən təxribatlar erməni xislətini daha açıq formada dünyaya nümayiş etdirir. Ona görə də, ermənilərin faşist əməllərini dünya görməlidir. Hər kəsə bəllidir ki, atəşkəs əldə olunduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı. Hətta, qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlanılsın. Amma görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu Ermənistana dərs olmadı və onlar yenidən faşist əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etdi. Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzində yerləşən yaşayış binasına raket zərbəsi nəticəsində 10 nəfər həlak oldu, 30-dan çox mülki şəxs, o cümlədən uşaqlar ağır yaralandı, çox sayda mülki obyektlərə ziyan dəydi. Bu, yalnız atəşkəsin deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinin, 1949-cu il Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının birbaşa qəsdən pozulması idi.

Gəncədə mülki əhalinin qətl edilməsi bir daha sübut edir ki, Ermənistan dövləti faşist, terror dövlətidir. Ermənistan bütün cəbhə boyu ağır məğlubiyyətə uğradığı üçün acısını dinc əhalidən çıxarmağa çalışır. Məgər, Azərbaycanın atəş nöqtələri üzrə Ermənistanın cavabını vermək üçün dağıdıcı gücə malik raketləri yoxdur? Əlbəttə ki, var. Sadəcə Azərbaycan mülki əhali ilə müharibə aparmır. Ordumuz ölən və yaralanan vətəndaşlarımızın qisasını birbaşa düşmənin hərbçilərindən alır, onların texnikalarını məhv edir. Məhz, bu səbəbə görə də ədalət və haqq Azərbaycanın tərəfindədir.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş