Newscenter.az.15.10.2020. Cəbhə bölgəsində olan əsgərlərimizlə mənəvi həmrəylik aksiyalarının davamı olaraq İsmayıllı rayonunun İvanovka qəsəbəsində yaşayan malakanlar bir araya gələrək əsgərlərimizə dəstək nümayiş etdiriblər.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, onlar bildiriblər ki, döyüşlərə qatılmaq və gənc əsgərlərlə birgə mübarizə aparmaq istəyirlər. Qeyd edək ki, hazırda kənddən olan bir necə gənc hərbi əməliyyatlarda iştirak edir.
Malakanlar Azәrbaycan Ordusu üçün dualar edir, Tanrıdan kömәk dilәyir. Kəndin ağsaqqalları bu mәqsәdlә toplaşaraq ayinlәr oxuyur. Gәnclәr isә kәndin küçәlәrindә yürüş edәrәk şüarlar sәslәndirirlәr.