Newscenter.az.15.10.2020. COVID-19-a yoluxma hallarının sayına görə bir neçə həftə sonra dünyada koronavirusdan ölüm hallarının sayında artım qeydə alına bilər.
Newscenter.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan "Twitter"də bildirib.
"Əgər biz yoluxma hallarının sayının böyük artımını görürüksə, necə ki bu indi baş verir, onda, təəssüf ki, iki həftə sonra ölümlərin sayında artım ola bilər", - o bildirib.
Bu halda o qeyd edib ki, dünən koronavirusdan təsdiq edilmiş ölüm göstəricisi azalıb.
Anar TA];YEV