Ermənistan Ordubada raket zərbəsi endirib
Tarix: 16-10-2020, 13:43
Newscenter.az.16.10.2020. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.
Newscenter.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.