Newscenter.az.16.10.2020. ABŞ-ın dövlət katibi Mayk Pompeo oktyabrın 15-də “WSB Atlanta” telekanalında "Erik Erikson Şou" verilişində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsi məlumat yayıb.
"Azərbaycan tərəfi hesab edir ki, ABŞ dövlət katibinin fikirləri ABŞ hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil. Bu fikirlər həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir", - Nazirlikdən bildirilib.